logo

İdmançılarımız Gimnaziadada mübarizəyə başlayırlar

10:10 25-10-2024 | icon 1631
İdmançılarımız Gimnaziadada mübarizəyə başlayırlar

Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarına bu gün start veriləcək.

YeniAvropa xəbər verir ki,ilk yarış günündə Azərbaycan idmançıları da mübarizə aparacaqlar.

Təmsilçilərimiz 8 idman növü - cüdo, aerobika gimnastikası, şahmat, boks, paracüdo, üzgüçülük, paraüzgüçülük və stolüstü tennis üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.