logo

Bakıda Argentina Film Festivalı açılıb

20:50 24-10-2024 | icon 2968
Bakıda Argentina Film Festivalı açılıb

Oktyabrın 24-də “Landmark” kino klubunda Argentina Film Festivalının açılış mərasimi olub.

YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi festival haqqında məlumat verib.

Səfir qeyd edib ki, bu festival Azərbaycan və Aregentina arasında mədəni körpü rolunu oynayır.

“Zəngin povesti və unikal perspektivi ilə Argentina kinosu şəxsiyyətimizə açılan pəncərəyə çevrilib. Bu, bizim tariximizi əks etdirir. Festival çərçivəsində göstərilən ekran əsərləri vasitəsilə tamaşaçılar cəmiyyətimizin apardığı mübarizə və uğurları bir daha dərindən araşdıracaqlar”,- deyə xanım diplomat əlavə edib.

Sonra Argentinalı rejissor Ariel Vinoqradın ekranlaşdırdığı “Əsrin oğurluğu” filmi nümayiş olunub.

2020-ci ilin istehsalı olan filmdə rolları aktyorlar Qilermo Fransella, Dyeqo Peretti, Luis Luk ifa ediblər.