logo

Bir sıra rayonlara qar yağıb

09:59 20-10-2024 | icon 672
Bir sıra rayonlara qar yağıb

Saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri–sabit yağıntılı hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış, Daşkəsəndə, Şahdağ, Zaqatala (Əlibəy), Qrızda qar yağıb. Nəticədə qar örtüyü əmələ gəlib.

Qar örtüyünün hündürlüyü Qrızda 17, Xınalıqda 13, Qusarda (Laza) 6, Şahdağda isə 3 santimetr olub.

Yağıntının miqdarı Lənkəranda 27 millimetr, Qusarda (Laza) 23, Şəkidə və Oğuzda 22, Astarada 21, İsmayıllıda 18, Şamaxıda 17, Xaçmazda və Qubada 16, Lerikdə 14, Xınalıqda 12, Qaxda (Sarıbaş) 11 mm, Yevlax, Xaltan, Goranboyda 10, Naftalan, Mingəçevir, Qırız, Göyçay, Şabran, Qəbələdə 9, Qobustanda 8, Cəfərxan, Yardımlı, Biləsuvar, Bərdə, Tərtərdə 7, Zərdab, Daşkəsəndə 6, Gədəbəydə 4, Göygöldə və Şahdağda 5, Neftçalada və Sabirabadda 3, Kürdəmirdə və Gəncədə 2, İmişli, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Zaqatalada 1 millimetrədək, Bakıda və Abşeron yarımadasında - Maştağada 22, Binədə 19, Bakıda 11 millimetrədək olub.

Qusarda, Qrızda, Qaxda (Sarıbaş), Şamaxıda və Göyçayda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan Muxtar Respublikasında 9, Aran rayonlarında 12, dağlıq rayonlarda 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.