logo

"COP29"a gələn qonaqların qarşılanma və yerləşdirilməsi test edilib

09:49 20-10-2024 | icon 1708
"COP29"a gələn qonaqların qarşılanma və yerləşdirilməsi test edilib

11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gecə saatlarında keçirilən monitorinqlər uğurla yekunlaşıb.

YeniAvropa xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən monitorinq tədbirləri çərçivəsində oktyabrın 20-də saat 02:30-dan 04:00-dək paytaxtın mərkəzində qonaqların yerləşməsi üçün nəzərdə tutulmuş müxtəlif qonaqlama məkanları, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı istiqamətlərində müvafiq nəqliyyat vasitələrinin hərəkəti test edilib.