Oktyabrın 19-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı BürosundanYeniAvropa-ya verilən məlumata görə, yerli vaxtla saat 10:39-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.
Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.