Şəhid jurnalistlərlə bağlı videoçarx hazırlanıb
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin “Şəhid imza” layihəsi çərçivəsində videoçarx hazırlanıb. Videoçarxda Birinci və İkinci Qarabağ savaşlarında şəhid olan jurnalistlər və ümumilikdə həlak olan media mənsublarının tam siyahısı əksini tapıb.
YeniAvropa xəbər verir ki, layihənin məqsədi ümumi siyahıya əlçatanlığının təmin olunmasıdır.
Birliyin sədri, telejurnalist, Baku Tv-nin məsul redaktoru Günel Gözəlova qeyd edib: “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi olaraq bu sahədə bir ilkə imza atmışıq. Videoçarxda Birinci və İkinci Qarabağ müharibələrində həlak olan 16 media mənsubunun adı yer alıb. Süjet xətti monoloq janrında olan videoçarxın qəhrəmanı şəhid jurnalist Məhərrəm İbrahimovun oğlu 8 yaşlı Toğruldur.
“Otuzillik işğal zamanı Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsində həyatlarını təhlükəyə ataraq qələmini silaha çevirən, peşəsinin icrasını yarımçıq qoyub səngərdə vuruşan media mənsubları bu yolda canlarından keçiblər. Lakin onların bəzilərinin adı demək olar heç yerdə çəkilmir. “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi Qarabağ savaşında 16 media mənsubunun həlak olduğu faktını dəqiqləşdirib”, - deyə layihənin müəllifi vurğulayıb.
O bildirib ki, əsas məqsəd bu videoçarx vasitəsilə ermənilərin media mənsublarına qarşı terrorunu bir daha gündəmə gətirmək, eyni zamanda, beynəlxalq aləmdə peşəsini icra edərkən toxunulmaz sayılan media nümayəndələrinə qarşı törədilən cinayət faktları və hələ də işini icra edəcək jurnalistlərin ermənilərin Azərbaycan torpaqlarında yerləşdirdikləri minalar səbəbindən həyatlarının təhlükədə olması faktını vurğulamaqdır.
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Ərdoğandan dünya müharibəsi ehtimalı ilə bağlı xəbərdarlıq
Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb
UEFA Avropa Liqası:“Qarabağ”-“Lion” matçına 13 min bilet satılıb
Azərbaycanın neftin qiyməti azalanda ehtiyat tədbiri var
“Azəristiliktəchizat”ın əhalidən yığdığı pul xərclərini ödəmir-Nazir
DÇ-2026:Püşkatmada Azərbaycan yığması IV səbətdə yer alacaq
Avropa Kubokunda 20 cudocumuz qüvvəsini sınayacaq
Sabay Bakıda 15° isti olacaq
UEFA Millətlər Liqası: Azərbaycan sonuncu liqada mübarizə aparacaq
Tramp məşhur cərrah Mehmet Özü yüksək vəzifəyə təyin edib
Kəlbəcərdə Külək ES-in qurulması ilə bağlı Anlaşma Memorandumu imzalanıb
6:0 hesabı bizim əsl gücümüz deyil-İsveçin baş məşqçisi
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib
Sankt-Peterburqda Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq
Azərbaycan Haaqa Məhkəməsində Ermənistanla bağlı iddia qaldırıb
Azərbaycan nefti 74,40 dollara satılır
G20 ölkələrinin yekun sənədində "COP29"a dəstək ifadə olunub
DİM ədliyyə orqanlarına qəbulla bağlı ödənişli imtahan keçirəcək