logo

Cəfər Cabbarlı Mükafatının qalibləri bəlli olub

15:15 14-10-2024 | icon 4928
Cəfər Cabbarlı Mükafatının qalibləri bəlli olub

Cəfər Cabbarlı Mükafat Komissiyasının növbəti iclası keçirilib.

AMEA-dan YeniAvropa-ya bildirilib ki, iclasda komissiyanın sədri, C.Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı bu mükafatın 1935-ci ildə təsis olunduğunu qeyd edib. Onun sözlərinə görə, ictimai-siyasi həyatda baş verən böyük təbəddülatlardan və fasilədən sonra Cəfər Cabbarlı Mükafatı ədibin 100 illiyi münasibətilə 2001-ci ildə Gülarə Cabbarlının rəhbərliyi ilə bərpa edilib, son 23 ildə komissiyanın 10 iclası keçirilib, 80-dən çox elm, ədəbiyyat, mədəniyyət, incəsənət və mətbuat xadimi mükafata layiq görülüb.

Bu il akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov, tədqiqatçı, tərcüməçi, ədəbiyyatşünas Mirzə Maşov, yazıçı-publisist Nəriman Əbdülrəhmanlı, yazıçı-publisist Kənan Hacı, şair, publisist Ağasəfa Yəhyayev, Əməkdar artist Şövqi Hüseynov, Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Ağakişiyeva, rejissor İman Məcidov Cəfər Cabbarlı Mükafatına layiq görülüblər.

Gəncə Dövlət Universitetinin baş müəllimi Könül Məmmədova xüsusi diploma layiq görülüb.

Mükafatların təqdimat mərasimi oktyabrın 17-də keçiriləcək.