Ölkəmizə səfər edəcək xarici qonaqlar üçün telekommunikasiya xidmətləri “Azercell” ilə artıq daha rahat və əlçatandır.
“Azercell” şirkəti 8 oktyabr 2024-cü il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Turist” tarif paketlərini yeniləyərək daha sərfəli və rahat istifadə imkanları təqdim edir.
Ölkə qonaqlarının mobil internetdən istifadəyə üstünlük verdiyini diqqət mərkəzində saxlayan “Azercell” “Turist” tariflərində bu xidmətdən istifadə imkanlarını genişləndirir. Yenilənmiş tariflər çərçivəsində sosial media üçün nəzərdə tutulan internet həcmi ümumi istifadə üçün ayrılan internet həcmi ilə birləşdirilir. Nəticədə “Xoş gəldin”, “Super” və “Maks” tariflərində ümumi istifadə üçün nəzərdə tutulan internet həcmi 2 dəfə artırılır.
İndi “Xoş gəldin” tarifinin istifadəçiləri ay ərzində 30 GB internet, “Super” tarifinin istifadəçiləri 60 GB internet və “Maks” tarifinin istifadəçiləri 120 GB internet həcmindən yararlana bilərlər.