“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn dələduzluq piramidası olan “TOST” platforması vasitəsilə insanların kütləvi şəkildə aldadılaraq pul vəsaitlərinin ələ keçirildiyi barədə daxil olan məlumatlar əsasında əməliyyat-texniki tədbir həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, nəticədə piramidaya başçılıq edən şəxslərdən biri 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub.
Müəyyən edilib ki, N.Cabbarzadə və S.Hüseynov “TOST”a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksək faizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər veriblər. Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya qoşmaq məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin “TOST”dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib.
Yatırım edən şəxslərin qarşısında qoyulan digər tələb isə onlara göndərilən dələduzluq piramidasının linklərini “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yaymaqdan ibarət olub.
Müxtəlif üsullarla “TOST”a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərərçəkənlərin 5 milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb.
N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Sonda qeyd edək ki, “TOST” dələduzluq piramidası vasitəsilə zərərçəkən vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər.
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Ərdoğandan dünya müharibəsi ehtimalı ilə bağlı xəbərdarlıq
Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb
UEFA Avropa Liqası:“Qarabağ”-“Lion” matçına 13 min bilet satılıb
Azərbaycanın neftin qiyməti azalanda ehtiyat tədbiri var
“Azəristiliktəchizat”ın əhalidən yığdığı pul xərclərini ödəmir-Nazir
DÇ-2026:Püşkatmada Azərbaycan yığması IV səbətdə yer alacaq
Avropa Kubokunda 20 cudocumuz qüvvəsini sınayacaq
Sabay Bakıda 15° isti olacaq
UEFA Millətlər Liqası: Azərbaycan sonuncu liqada mübarizə aparacaq
Tramp məşhur cərrah Mehmet Özü yüksək vəzifəyə təyin edib
Kəlbəcərdə Külək ES-in qurulması ilə bağlı Anlaşma Memorandumu imzalanıb
6:0 hesabı bizim əsl gücümüz deyil-İsveçin baş məşqçisi
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib
Sankt-Peterburqda Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq
Azərbaycan Haaqa Məhkəməsində Ermənistanla bağlı iddia qaldırıb
Azərbaycan nefti 74,40 dollara satılır
G20 ölkələrinin yekun sənədində "COP29"a dəstək ifadə olunub
DİM ədliyyə orqanlarına qəbulla bağlı ödənişli imtahan keçirəcək
Ukraynanın 50-yə yaxın ATACMS raketi var-“The Times”
Şamaxıda 3,7 ballıq zəlzələ olub
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Fernandu Santuş 0:6 hesablı nəticədən dərs çıxaracağını deyir
Azərbaycan-İran hərbi əməkdaşlıq məsələləri müzakirə edilib