Azərbaycan regionda halal sənayenin inkişafı üçün böyük potensiala malikdir-Nazir
Zəngin mədəni irsi və çoxəsrlik İslam sivilizasiya tarixinə sahib olan Azərbaycan regionda halal sənayenin daha da inkişafı üçün böyük potensiala malikdir.
YeniAvropa xəbər verir ki, bu fikri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Halal Biznes və Turizm Forumunun(AZHAB Forum) açılış mərasimində çıxışında səsləndirib.
Nazir daha sonra qeyd edib ki,bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi və istehlakçılara keyfiyyətli ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir. Bu mənada kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşür.
“Əhalinin artan qida ehtiyaclarının qarşılanması, ixrac olunan məhsulların çeşidinin, həcminin artırılması üçün aqrar və emal sənayelərində məhsuldarlığın, keyfiyyətin artırılması zəruri tələblərdən birinə çevrilib”, - deyə M.Məmmədov bildirib.