Oktyabrın 7-də saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami Rayon Prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ilkin araşdırma zamanı həmin ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 kvadratmetr olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfərin xəsarət alması müəyyən olunub.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.