Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən oktyabrın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.
YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 2,3 dəfə azalaraq 113,878 milyon dollar təşkil edib.