Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında cənub küləyinin sürəti saniyədə 13,9-20,7 metr olacaq.
Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, Altıağac, Qobustan, Neftçala, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabadda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.