Prezident İlham Əliyev oktyabrın 5-də Sabir Hacıyevin ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilsin".
Qeyd edək ki,bu gün Sabir Hacıyevin 70 yaşı tamam olub. O, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, Azərbaycan Respublikasının hüquq siyasəti üzrə dövlət müşaviri olub.
2005-ci ildən ardıcıl olaraq 5-ci dəfə Milli Məclisin üzvüdür.
Vətəndaş Birliyi Partiyasının sədridir. Rus və ingilis dillərini bilir.
2 övladı var.