Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
ABŞ Konqresində Ermənistandakı revanşistlərə maliyyə yardımı ayrılması barədə təşəbbüsləri Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri hiddətlə qarşılayıb.
YeniAvropa xəbər verir ki, bir qrup Azərbaycan QHT-si “2024-cü il Artsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffə açıq məktubla müraciət edib.
Müraciətdə islamofob Adam Şiffə xatırladılır ki, erməni lobbi qruplarına istinad edərək, Ermənistan tərəfindən məcburi köçkün edilmiş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna diskriminativ yanaşma əxlaqi dəyərlərin təhqir edilməsidir. “750 min azərbaycanlının etnik təmizləməyə, Xocalıda soyqırımına məruz qaldığı və 30 ildən artıq bir müddət ərzində onların geri qayıtmaq hüququndan məhrum edildiyi vaxtda siz tam susdunuz. Ermənistanın yerləşdirdiyi minalar geri qayıtmaq hüququndan istifadə edən günahsız mülki insanları öldürməkdə və şikəst etməkdə davam etdiyi bir vaxtda siz yenə də susursunuz”. Müraciətdə belə deyilir. Azərbaycan QHT-ləri Adam Şiffi saxta, qərəzli məlumatlardan ibarət sənədi geri çəkməyə özündə cəsarət tapmağa dəvət edib: “Əks halda, indiki yanaşmanız nəinki Ermənistanın və Azərbaycanın sadə vətəndaşlarına fayda verməyəcək, həmçinin mühüm əhəmiyyət kəsb edən regionda ABŞ-ın maraqlarına böyük zərbə vuracaq”.
ABŞ konqresmeni Adam Şiffə müraciəti “Qarabağ İtkin Ailələri” İctimai Birliyi, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi, “Qərbi Azərbaycan İcması”, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası", “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi, “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyi və digər tanınmış QHT-lərin sədrləri imzalayıblar.
Müraciət müəllifləri bildirib ki, tələsik hazırlanmış bu qanun layihəsi ayrı-seçkilik xarakteri daşıyır, birtərəfli və kontekstdən çıxarılmış, əsassız məlumatlar yığınıdır: “Biz başa düşürük ki, Azərbaycana qarşı ayrı-seçkilik etməyinizin əsas səbəbi etnik və dini simpatiyadır. Əgər bu təşəbbüs dəstəklənərsə, belə bir sənəd insan hüquqlarının və beynəlxalq hüququn pozulması olacaq”.
Qeyd edək ki, son vaxtlar Azərbaycanın vətəndaş cəmiyyəti ölkəmizə qarşı iftira kampaniyalarına qarşı ciddi reaksiya verir, bu sahədə yüksək fəallıq nümayiş etdirir, ardıcıl bəyanatlar qəbul edir. Bu günlərdə Prezident İlham Əliyev “İtkin düşmüş şəxslərin probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan vətəndaş cəmiyyətinin itkinlərlə bağlı müxtəlif beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlərə diqqət çəkib və bildirib ki, aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı, qətiyyətli addımlar atmalıdır.
* * *
Müraciətin tam mətnini təqdim edirik:
“Konqresmen Adam Şiffə
Cənab Adam Şiff,
Biz, bu məktubla Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində yerləşən öz evlərimizdən məcburi köçkün düşmüş əhali olaraq, “2024-cü il Artsax Gəlirlərinin Bərpası Aktı” təşəbbüsünüzü pisləyirik.
Tələsik hazırlanmış bu qanun layihəsi ayrı-seçkilik xarakteri daşıyır, birtərəfli və kontekstdən çıxarılmış məlumatlara söykənir ki, bu da bir qrup insanların acı taleyinə və iztirablarına tamamilə məhəl qoyulmaması və digər qrupa üstünlük verilməsi deməkdir. Biz başa düşürük ki, Azərbaycana qarşı ayrı-seçkilik etməyinizin əsas səbəbi etnik və dini simpatiyadır. Əgər bu təşəbbüs dəstəklənərsə, belə bir sənəd insan hüquqlarının və beynəlxalq hüququn pozulması olacaq və bu da qeyri-sabitliyə, insanların iztirab çəkməsinə və ABŞ-ın regional roluna xələl gətirəcək.
Bu baxımdan, seçilmiş nümayəndənin ictimai maraqlara xidmət etmək əvəzinə müəyyən bir lobbi ilə bağlı şəxsi maraqlar naminə belə bir təşəbbüs irəli sürdüyünü görmək utancvericidir. Bütün bunlar ABŞ-ın müdafiə etdiyi ümumbəşəri dəyərlərə və prinsiplərə xələl gətirir.
Biz, Ermənistanın həyata keçirdiyi qeyri-qanuni işğal və etnik təmizləmə nəticəsində həyatımızın çox hissəsini məcburi köçkünlük və məhrumiyyətlər içində keçirmiş insanlar kimi geri qayıtmaq hüququnun çox əhəmiyyətli olduğunu və imperativ mahiyyətini dərk edirik. Bu hüquq etnik və dini mənsubiyyətindən asılı olmayaraq fundamental insan hüquqlarının bir hissəsi hesab edilir.
2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra Azərbaycanın Qarabağ bölgəsinə səfər edən BMT missiyası (komandası) bəyan edib ki, “onlar mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini infrastruktura heç bir ziyan qeydə almayıblar” və “onlar istər yerli əhalidən, istərsə də başqalarından sonuncu atəşkəsdən sonra mülki şəxslərə qarşı zorakılıq halları ilə bağlı hər hansı məlumata rast gəlməyiblər” (https://press.un.org/en/2023/db231002.doc.htm).
Erməni lobbi qruplarına istinad edərək, Ermənistan tərəfindən məcburi köçkün edilmiş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna diskriminativ yanaşmanız əxlaqi dəyərlərin təhqir edilməsidir. 750 min azərbaycanlının etnik təmizləməyə, Xocalıda soyqırımına məruz qaldığı və 30 ildən artıq bir müddət ərzində onların geri qayıtmaq hüququndan məhrum edildiyi vaxtda siz tamamilə susdunuz. Ermənistanın yerləşdirdiyi minalar geri qayıtmaq hüququndan istifadə edən günahsız mülki insanları öldürməkdə və şikəst etməkdə davam etdiyi bir vaxtda siz yenə də susursunuz.
Biz Azərbaycan hökumətinə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququmuzdan istifadə etməyə zəmin yaratdığına, Ermənistanın qanunsuz işğalına son qoyduğuna görə minnətdarıq. Biz inanırıq ki, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri müharibənin qalıqlarını aradan qaldıracaq və Ermənistanın qanunsuz işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşmüş bütün insanların firavanlığını təmin edəcəkdir.
Dəyişmək, əxlaqi cəhətdən güclü olmaq, ayrı-seçkiliyə yol verməyən, ədalətli mövqe sərgiləmək heç vaxt gec deyil. Anlayırıq ki, bu, cəsarət və mənəvi güc tələb edir. Ancaq siz şəxsi deyil, ABŞ-ın maraqlarını, Ermənistan və Azərbaycan xalqlarının uzun müddətdir ki, layiq olduğu sülh və rifahı daha üstün tutsanız, bu, tələsik, düşünülməmiş hazırlanan və ayrı-seçkilik xarakteri daşıyan qanun layihəsini ləğv edə bilərsiniz.
Əks halda, indiki yanaşmanız nəinki Ermənistanın və Azərbaycanın sadə vətəndaşlarına fayda verməyəcək, həmçinin mühüm əhəmiyyət kəsb edən regionda ABŞ-ın maraqlarına böyük zərbə vuracaq.
Hörmətlə,
Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyi
Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi
Əziz Ələkbərli – “Qərbi Azərbaycan İcması”
Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi
Leyla Hüseynova - "Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi
Ceyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi
Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyi
Rey Kərimoğlu - “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi
Ayşən Hüseynova – “Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyi
Zaur İbrahimli – “Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyi
İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi
Umud Mirzəyev – “Beynəlxalq Avrasiya Mətbuat Fondu”
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib