Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
Oktyabrın 4-də İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dənizkənarı Milli Park boyunca rəmzi 1,5 kilometrlik yürüş təşkil edilib.
YeniAvropa xəbər verir ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi və “Trendyol” şirkətinin dəstəyi ilə keçirilən yürüş qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün təcili tədbirlər görməyin zəruriliyi barədə məlumatlılığı artırmağa yönəlib. Yürüş iqlim fəaliyyəti ilə bağlı kollektiv məsuliyyət və iqlim böhranı ilə mübarizədə həmrəyliyin, etimadın vacibliyini simvolizə edir.
COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva tədbirin açılışını edərək, iqlim dəyişikliyinin təsirlərini azaltmaq və həssas icmaların iqlimə davamlılığını gücləndirmək üçün qlobal və yerli səviyyədə kollektiv səylərin vacibliyini vurğulayıblar.
“Bu gün biz yalnız fərdi olaraq deyil, iqlim böhranını həll etməyə çalışan vahid bir icma kimi addımlayırıq. Bu 1,5 kilometrlik yürüş bizə xatırladır ki, 1,5°C bir seçim deyil, gələcəyimizi və Xəzər dənizi kimi həssas ekosistemləri qorumaq üçün hörmət etməli olduğumuz həddir,” - deyə Vladanka Andreyeva bildirib.
Yürüş hökumət rəsmiləri, BMT nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, əlilliyi olan şəxslər, özəl sektor və gənclər daxil olmaqla müxtəlif sektorlardan iştirakçıları bir araya gətirib. COP29 Məlumat Mərkəzindən başlayaraq Xalça Muzeyinə qədər davam edən yürüş hər kəsin ətraf mühiti qorumaq və iqlim dəyişikliyi ilə mübarizədə rol oynadığını vizual olaraq xatırladıb.
Yürüş noyabr ayında keçiriləcək COP29 öncəsi daha çox təşəbbüskarların birgə fəaliyyət göstərməsinə və müxtəlif maraqlı tərəflərin iqlim fəaliyyəti üçün əlaqələndirilməsinə təkan verib.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb