Oktyabrın 2-də Bakıda “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilir.
YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə təşkil edilən tədbirdə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, ombudsmanlar, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Forumda “Bilik və yaxşı təcrübələrin mübadiləsi”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai giriş” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzusunda panel müzakirələr aparılacaq.
Tədbir ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlaqədar keçirilir.