logo

Mərkəzi Bankın valyuta ehtiyatları 11,8 milyard dollara çatıb

15:55 01-10-2024 | icon 1764
Mərkəzi Bankın valyuta ehtiyatları 11,8 milyard dollara çatıb

Azərbaycan Mərkəzi Bankının(AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

YeniAvropa AMB-yə istinadla xəbər verir ki, bu il oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 795,8 milyon dollar təşkil edib.

Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 12,3 milyon dollar çoxdur.