Sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya verilən məlumata görə, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən naməlum uçuş aparatı müşahidə edilib.
Görülmüş tədbirlər nəticəsində uçuş aparatının saxlanılması təmin olunub. Üzərinə bərkidilmiş bağlamaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 700 qram narkotik vasitə marixuana və 1500 ədəd metadon M-40 həbi aşkar edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.