logo

Səddam Hüseynin Bəsrədəki sarayını kitabxanaya çevrilib

15:36 26-09-2024 | icon 2247
Səddam Hüseynin Bəsrədəki sarayını kitabxanaya çevrilib

İraqın cənubundakı Bəsrə şəhərində bu ölkənin devrilmiş lideri Səddam Hüseynin sarayı tarixi əsərlər kitabxanasına çevrilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, İraqdakı tarixi eksponatlar və arxeoloji abidələr haqqında geniş kitab və əlyazma kolleksiyasının toplandığı kitabxana alimlərin kitab, əlyazma və arxeoloji mənbələrdən istifadəsini asanlaşdırır.

Bəsrə Qədim Əsərlər İdarəsinin müdiri Mustafa əl-Hüseyni Anadolu agentliyinə müsahibəsində deyib: “Bu, təkcə Bəsrədə deyil, həm də İraqın cənubunda tarixi əsərlərlə bağlı mənbələri ehtiva edən ilk kitabxanadır”. Hüseyni qeyd edib ki, kitabxana fondunda arxeoloji tədqiqatlar aparmış əcnəbi və İraq arxeoloqlarının əsərləri də var.

Kitabxananı ziyarət edən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) mədəniyyət üzrə direktoru Cüneyd Soroş Vəli burada tarixi mənbələrlə bağlı mühüm əsərlərin olduğunu qeyd edərək, kitabxana fondunun universitet tələbələrini mütaliəyə həvəsləndirdiyini bildirib.

Bəsrə vilayətinin baş kitabxanaçısı Casim Əli kitabxana binasının 2003-cü ildən əvvəl Səddam Hüseyn tərəfindən tikilmiş saraylardan biri olduğunu deyib. O əlavə edib: “Bu, Səddamın 1992-ci ildə tikilmiş saraylarından biri olub. Bina köhnə rejimin inhisarında idi və Bəsrə əhalisinin üzünə açıq deyildi”.