logo

Türkiyə öz vətəndaşlarının Livandan təxliyəsinə başlayır

13:53 26-09-2024 | icon 1736
Türkiyə öz vətəndaşlarının Livandan təxliyəsinə başlayır

Türkiyə Müdafiə Nazirliyi öz vətəndaşlarının Livandan mümkün təxliyəsi üçün ilkin hazırlıq işləri görür.

YeniAvropa xəbər verir ki, bu barədə "TRT" telekanalı Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri öz vətəndaşlarımızın və əcnəbilərin Livandan təhlükəsiz şəkildə təxliyəsi üçün bütün imkanlara malikdir. Hakimiyyət orqanları Yaxın Şərqdəki hadisələri yaxından izləyir. İlkin planlaşdırma və təxliyə üçün hazırlıqlar aparılır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ankara Livandakı vətəndaşlarının təxliyəsini planlaşdırdıqlarını hələ rəsmən açıqlamasa da, Yaxın Şərqdəki vəziyyətdən və İsrailin hərəkətlərindən hədsiz narahat olduqlarını ifadə edib.