Astanada Azərbaycan Mədəniyyəti Günləri başlayıb
Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 24-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında "Füzuli - 530 beyt" kitabının təqdimatı və "Füzuli - 530" adlı ədəbi-poetik məclis keçiriləcək.
Həmin gün K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında etnocaz konserti təqdim olunacaq.
Sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında üç mühüm tədbir keçiriləcək: Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq memorandumu imzalanacaq, "Azərbaycan ədəbiyyatı guşəsi" açılacaq və Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın "Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi" kitabının təqdimatı olacaq.
Bundan əlavə, Astananın Sülh və Razılıq Sarayında "Azərbaycanın sənət inciləri" adlı sərgi təşkil olunacaq və həmin sarayda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçiriləcək.
Sentyabrın 26-da Qazaxıstan Respublikasının Milli Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “1920-1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın “Təbriz məktəbi miniatürü”, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın “Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət" mövzularında mühazirələri dinləniləcək.
Əlavə olaraq, K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala-konsert keçiriləcək.
Xatırladaq ki, Mədəniyyət Günləri münasibətilə sentyabrın 23-də Azərbaycanın incəsənət ustaları, bədii kollektivləri, yazıçıları və media nümayəndələri Astanaya səfər ediblər.
Rumıniya indiyədək 10 milyondan çox ukraynalı qaçqını qəbul edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi MAXE qəbulu elan edib
Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq
İlham Əliyev Rusiyaya səfərə gedib
Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
Paytaxtda qazanxanadakı partlayışda 2 nəfər xəsarət alıb
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
Sabah Bakıda 28° isti olacaq
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib
AZAL "COP29"a görə ölkəyə gələnlərə 10% endirim təklif edir
Türkiyədə “Kızılelma” pilotsuz hərbi təyyarənin kütləvi istehsalına başlanılıb
Cari ildə “Şahdəniz”dən 3,2 dəfə az gəlir əldə edilib
Parlament seçkisi öncəsi Gürcüstan-ABŞ gərginliyi davam edir
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi
Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gündən “Nobel həftəsi” başlayır
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib