“Baku Jazz Festival-2024”ə sayılı günlər qalıb
Oktyabrın 17-dən 27-dək Azərbaycan paytaxtında payızın ən parlaq hadisələrindən biri olan “Baku Jazz Festival” keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu il festival 19 yaşını qeyd edəcək. “Baku Jazz Festival”ının direktoru Leyla Əfəndiyeva KİV-ə müsahibəsində hazırlıqlar və bu il cazsevərləri gözləyən sürprizlər barədə danışıb:
- Leyla xanım, festivala hazırlıq necə gedir?
- Hazırda festivala hazırlıq tam sürətlə gedir. Demək olar ki, əsas işlər görülüb; həm musiqiçilərin gəlişi, həm onların konsert proqramına uyğunlaşması, həm də bir çox texniki məsələlər həll edilib. Bildiyiniz kimi, “Baku Jazz Festival” regionun ən böyük mədəniyyət tədbirlərindən biridir. Hər il proqramımızda onun sərhədlərini genişləndirən bir sıra tədbirlər nəzərdə tutulur. Yəni, konsertlərlə yanaşı, festival çərçivəsində caz mövzusunda foto və rəsm sərgiləri, uşaqlar və tələbələr üçün tədbirlər, caz ulduzları ilə görüşlər, yerli musiqiçilər üçün seminarlar və ustad dərsləri keçirilir. Bütün bunları təşkil etmək üçün vaxt və təbii ki, əmək tələb olunur. Bu il festivalımızın on doqquz yaşı tamam olur. Biz buna hazırlaşırıq və onun başlanmasını səbirsizliklə gözləyirik.
- Bu il bizi hansı proqram gözləyir?
- Birincisi, bu, konsertlərdir. Bu il festivalımızı üç “Grammy” mükafatı laureatı ziyarət edəcək. On ikidən çox ölkədən klassik ənənəvi üslubdan dinamik caz-roka qədər tamamilə fərqli üslublarda caz ifa edəcək maraqlı musiqiçilər gələcəklər. Proqram çox genişdir. Konsertlərdən əlavə, “Moving Sketch” adlı rəsm sərgisi, “Best World Jazz Foto” fotosərgisi, Bəhram Bağırzadənin uşaqlar üçün “Caz” kitabının təqdimatı, dünya caz ulduzları ilə görüşlər, eləcə də maraqlı “İpək üzərində caz” qurama ekspozisiyası keçiriləcək. Əlbəttə ki, gecə yem-seyşenləri (jem-sessiya - verilmiş mövzu üzrə fərdi və ya ümumi improvizasiya - müəllif) də olacaq.
- Cari ildə keçirilən festival nə ilə fərqlənəcək, hər hansı yeniliklər olacaqmı?
- Şübhəsiz ki, hər bir festivalımız əvvəlkilərdən təzə ideyaları ilə fərqlənir. Biz caz musiqisinə daha çox gəncləri cəlb etməyə çalışırıq. Ölkəmizin əsas hissəsinin estrada musiqisinə üstünlük verdiyini nəzərə alsaq, bu, asan məsələ deyil. Bütün dünyada vəziyyət belədir. Amma təbii ki, inkişaf etmiş ölkələrdə caz auditoriyası var. Məqsədimiz tamaşaçı auditoriyamızı ildən-ilə genişləndirməkdir. Ona görə də bu il festivalın görkəmli basçı Munir Hosnun konserti ilə açılacağı məkanlardan biri kimi yenilənmiş Jolly Jokeri seçdik. Oradaca festivalın digər günlərində Rain Sultanovun beynəlxalq “Syndicate” qrupu və Fransa cazının yüksələn ulduzu Elianın konsertləri olacaq. Biz müxtəlif caz janrlarına uyğun olan ən əlverişli konsert salonlarını cəlb etdik.
- Bu hadisənin şəhərimiz üçün nə kimi əhəmiyyəti var?
- Düşünürəm ki, “Baku Jazz Festival”ı əhalimizin musiqi zövqünün formalaşmasında mühüm rol oynayır. Konsertlərimizə beş-yeddi min adam gəlsə belə, bu, kifayətdir. Əgər onlardan biri uşaqları da gətirsə və onlar da öz növbəsində intellektual musiqi ilə tanış olmağa, alətlərin səslərini ayırd etməyi öyrənməyə, improvizasiyaları başa düşməyə başlasalar, bu, bizim qələbəmiz və ölkəmizin mədəniyyətinə əsas töhfəmiz olacaq.
- Ölkəmizdə caz mədəniyyətinin səviyyəsini necə qiymətləndirə bilərsiniz?
- Bizim gənc istedadlı caz musiqiçilərimiz var, onlar tezliklə öz sözünü deyəcəklər. Onların bir çoxu festivalımız çərçivəsində hər il keçirdiyimiz “I Am Jazzman!” gənc caz ifaçılarının müsabiqəsi sayəsində tanınıb. Onlardan bəziləri bu il hətta festivalda çox məşhur ifaçılarla birlikdə çıxış edəcəklər. Bəzilərinin adlarını çəkəcəyəm, çünki əminəm ki, onlar tezliklə dünyanın caz məkanlarını fəth etməyə başlayacaqlar. Bunlar Nurlan Hüseynzadə, Cavanşir Əbdüləli, Nicat Quliyev, Məhəmməd Allahverdiyevdir. Mən tamaşaçılarımızı oktyabrın 17-dən 27-dək “Baku Jazz Festival”ına gələrək festivalımızın xarici qonaqları ilə yanaşı onların da ifalarını dinləməyə, konsertlərdən əlavə, bir sıra parlaq, maraqlı tədbirlərdə iştirak etməyə dəvət edirəm./AZƏRTAC
Rumıniya indiyədək 10 milyondan çox ukraynalı qaçqını qəbul edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi MAXE qəbulu elan edib
Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq
İlham Əliyev Rusiyaya səfərə gedib
Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
Paytaxtda qazanxanadakı partlayışda 2 nəfər xəsarət alıb
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
Sabah Bakıda 28° isti olacaq
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib
AZAL "COP29"a görə ölkəyə gələnlərə 10% endirim təklif edir
Türkiyədə “Kızılelma” pilotsuz hərbi təyyarənin kütləvi istehsalına başlanılıb
Cari ildə “Şahdəniz”dən 3,2 dəfə az gəlir əldə edilib
Parlament seçkisi öncəsi Gürcüstan-ABŞ gərginliyi davam edir
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi
Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gündən “Nobel həftəsi” başlayır
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib