Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
Sentyabrın 23-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.
YeniAvropa xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli çıxış edib.
O bildirib ki, Səudiyyə-Azərbaycan münasibətləri 1991-ci ildən başlayan tarixi əlaqədir. Hazırda müxtəlif sahələrdə mühüm inkişaf var. “Biz Səudiyyə-Azərbaycan hökumətlərarası Müştərək Komissiyası və Birgə İşgüzar Şurası vasitəsilə ticarət dövriyyəsi həcminin artırılması üzərində çalışırıq. İki ölkə qısa zamanda ticarət dövriyyəsinin həcmini dəfələrlə artıracaq bir çox ortaq imkanlara malikdir”, - deyə səfir qeyd edib.
O, Azərbaycana COP29-un təşkilində uğurlar arzulayıb.
Daha sonra maliyyə naziri Samir Şərifov Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyib. Bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir. Xüsusilə ölkə rəhbərlərinin səyləri nəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir.
“Azərbaycan hökuməti olaraq, BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində qətnamələrin qəbuluna görə ölkəmizin mövqeyini daim dəstəklədiyinə, ərəb və İslam ölkələrində ictimai rəyin formalaşmasına güclü təsir göstərdiyinə görə Səudiyyə Ərəbistanı Krallığına minnətdarlığımızı bildiririk. Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin yaratdığı əməkdaşlıq üzrə Müştərək Komissiya ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır. Birgə İqtisadi komissiyalar, siyasi məsləhətləşmələr ikitərəfli münasibətləri nəzərdən keçirmək və inkişaf etdirmək üçün effektiv mexanizmlərdir. Ümid edirik ki, komissiyanın növbəti, 8-ci iclasını və siyasi məsləhətləşmələri çox yaxın vaxtlarda keçirəcəyik”, - deyə nazir vurğulayıb.
Samir Şərifov əlavə edib ki, Azərbaycan hökuməti olaraq, Səudiyyə Ərəbistanı Krallığına COP29-a verdiyi dəstəyə görə təşəkkür edirik: "COP29-a ev sahibliyi edən ölkə kimi, Azərbaycan dövləti iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizədə öz töhfəsini ortaya qoyur, dünya ölkələrini bu həyati vacib amala səfərbər etmək səylərini nümayiş etdirir. Səudiyyə Ərəbistanı Krallığının yaşıl enerjiyə keçidlə bağlı zəngin təcrübəsini nəzərə alaraq, biz Azərbaycanın COP29-a sədrliyi dövründə birgə təşəbbüslər həyata keçirməyi təklif edirik".
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Ərdoğandan dünya müharibəsi ehtimalı ilə bağlı xəbərdarlıq
Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb
UEFA Avropa Liqası:“Qarabağ”-“Lion” matçına 13 min bilet satılıb
Azərbaycanın neftin qiyməti azalanda ehtiyat tədbiri var
“Azəristiliktəchizat”ın əhalidən yığdığı pul xərclərini ödəmir-Nazir
DÇ-2026:Püşkatmada Azərbaycan yığması IV səbətdə yer alacaq
Avropa Kubokunda 20 cudocumuz qüvvəsini sınayacaq
Sabay Bakıda 15° isti olacaq
UEFA Millətlər Liqası: Azərbaycan sonuncu liqada mübarizə aparacaq
Tramp məşhur cərrah Mehmet Özü yüksək vəzifəyə təyin edib
Kəlbəcərdə Külək ES-in qurulması ilə bağlı Anlaşma Memorandumu imzalanıb
6:0 hesabı bizim əsl gücümüz deyil-İsveçin baş məşqçisi
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib
Sankt-Peterburqda Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq
Azərbaycan Haaqa Məhkəməsində Ermənistanla bağlı iddia qaldırıb
Azərbaycan nefti 74,40 dollara satılır
G20 ölkələrinin yekun sənədində "COP29"a dəstək ifadə olunub
DİM ədliyyə orqanlarına qəbulla bağlı ödənişli imtahan keçirəcək
Ukraynanın 50-yə yaxın ATACMS raketi var-“The Times”
Şamaxıda 3,7 ballıq zəlzələ olub
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Fernandu Santuş 0:6 hesablı nəticədən dərs çıxaracağını deyir
Azərbaycan-İran hərbi əməkdaşlıq məsələləri müzakirə edilib