Prezident İlham Əliyev sentyabrın 23-də bir neçə dövlət məmurunun vəzifəsindən azad edilməsi haqqlnda sərəncamlar imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezidentin imzaladığı sərəncamla Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası baş nazirinin müavini vəzifəsindən azad edilib.
Prezidentin imzaladığı başqa bir sərəncamla Polad Bülbüloğlu Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər sərəncamlarla isə Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən, Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Heydər Xanış oğlu Əsədov isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad ediliblər.
Xatırladaq ki, prezidentin vəzifədən azad etdiyi şəxslər Milli Məclisin hazırkı tərkibdə üzvləridir.