“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub
Azərbaycanın ən sürətlisi “Bakcell”in uzun illər tərəfdaşı olduğu “Xəzəri qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya başa çatıb. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və sentyabrın 7-dən 21-dək davam edən builki aksiyanın sonuncu məntəqəsi Novxanı sahilləri olub.
“Xəzəri qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya, bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. Kampaniyanın əsas məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərinin təşviqidir.
“Bakcell” əməkdaşları da aksiyada fəal iştirak edərək sahil təmizləmə işlərinə öz töhfələrini veriblər. Onlar həm tullantıların yığılması, həm də onların çeşidlənərək təkrar emala göndərilməsində yaxından iştirak ediblər.
Ekoloji aksiyalarda iştirak “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və davamlılıq mövzularında təşəbbüsləri dəstəkləməyi və bu sahədə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
“Bakcell” haqqında:
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Rumıniya indiyədək 10 milyondan çox ukraynalı qaçqını qəbul edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi MAXE qəbulu elan edib
Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq
İlham Əliyev Rusiyaya səfərə gedib
Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
Paytaxtda qazanxanadakı partlayışda 2 nəfər xəsarət alıb
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
Sabah Bakıda 28° isti olacaq
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib
AZAL "COP29"a görə ölkəyə gələnlərə 10% endirim təklif edir
Türkiyədə “Kızılelma” pilotsuz hərbi təyyarənin kütləvi istehsalına başlanılıb
Cari ildə “Şahdəniz”dən 3,2 dəfə az gəlir əldə edilib
Parlament seçkisi öncəsi Gürcüstan-ABŞ gərginliyi davam edir
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi
Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gündən “Nobel həftəsi” başlayır
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib