logo

Azərbaycan güləş millisinin iki üzvü əməliyyat olunub

12:12 17-09-2024 | icon 2065
Azərbaycan güləş millisinin iki üzvü əməliyyat olunub

Sərbəst güləş üzrə Azərbaycan millisinin iki üzvü əməliyyat edilib.

Azərbaycan Güləş Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.

T. Bayramovun 5, Ə.Rzazədənin isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.