Azərbaycanı basketbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Sabah" komandası bu gün ilk oyununa çıxacaq.
YeniAvropa xəbər verir ki, son ölkə çempionu 1/4 finalda İsveçin "Norçeppinq" kollektivini sınağa çəkəcək. Türkiyənin Antalya şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Bu cütün qalibi sentyabrın 19-da baş tutacaq yarımfinal oyununda İsveçrənin "Friburq" klubu ilə üz-üzə gələcək.