Ağdamda 55 yaşlı kişini ilan sancıb.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Həsənxanlı kəndi ərazisində baş verib. Kənd sakini, 1969-cu il təvəllüdlü Əbdürrəhimov Səfər Sərdar oğlunu əkin sahəsində soğan yığarkən ayağından ilan sancıb.
O, Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ilkin tibbi müdaxilə ediblər. Yaralıya zərdab vurulub. Onun vəziyyətinin stabil olduğu deyilir.