logo

İlham Əliyevin Romada  İtaliyanın baş naziri ilə görüşü olub

17:37 05-09-2024 | icon 1071
İlham Əliyevin Romada  İtaliyanın baş naziri ilə görüşü olub

Romada Azərbaycan prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Romanın "Chigi" Sarayında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olundu.

Sonra birgə foto çəkdirilib.