logo

8 cüdoçumuz Zaqreb "Qran-Pri"sində iştirak edəcək

17:57 05-09-2024 | icon 1981
8 cüdoçumuz Zaqreb "Qran-Pri"sində iştirak edəcək

Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək "Qran-Pri"də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

YeniAvropa  Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizi turnirdə 8 çəki dərəcəsi üzrə 2 qadın və 6 kişi idmançı təmsil edəcək.

Qadınların yarışında Aydan Əliyeva (52 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) qüvvəsini sınayacaq.

Kişilərin mübarizəsində isə Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram), Ömər Rəcəbli, Zəməddin Poladov (hər ikisi 81 kiloqram), Vüqar Talıbov (90 kiloqram) və İmran Yusifov (+100 kiloqram) gücünü yoxlayacaq.

Qeyd edək ki, Qran-Pri sentyabrın 13-15-də təşkil olunacaq.