Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Cəyirli kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.
Batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.