Baş prokuror Kamran Əliyev Rusiyada işgüzar səfər edib
Sentyabrın 4-də Rusiyanın baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vladivostok şəhərinə işgüzar səfərə gəlib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Primorsk diyarının prokurorluğunda hər iki dövlətin baş prokurorları arasında ikitərəfli görüş keçirilib.
Nümayəndə heyətini salamlayan İqor Krasnov ölkələrimiz arasında yüksək xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, sahibkarlıq üçün münbit şəraitin formalaşmasında prokurorluq orqanlarının önəmini qeyd edib.
Kamran Əliyev rusiyalı həmkarına Şərq İqtisadi Forumunda iştirak üçün dəvətə görə təşəkkürünü bildirib. Baş prokuror prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verərək, Rusiya prezidenti Vladimir Putinin avqust ayında ölkəmizə dövlət səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmindən bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra baş prokurorlar mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair Anlaşma Memorandumunu imzalayıblar.
Nümayəndə heyətinin səfəri davam edir.
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib
İlham Əliyev Nikaraqua prezidentini təbrik edib
Yol Polisi yeni dərs ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib
Rusiya müharibəsi başlayandan bəri Ukrayna 3700-ə yaxın əsiri geri qaytarıb