Azərbaycan-BƏƏ diplomatik əlaqələrinin 32-ci ildönümü qeyd edilib
Sentyabrın 4-də Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə tədbir təşkil edilib.
YeniAvropa xəbər verir ki, əvvəlcə Azərbaycanın və BƏƏ-nin Dövlət himnləri səsləndirilib.
Sonra çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci il sentyabrın 1-də qurulduğunu deyib: "O vaxtdan etibarən, biz iki ölkənin rəhbərliyi ilə ikitərəfli münasibətlərdə çoxsaylı nailiyyətlərin, inkişafın, uğurların şahidi olmuşuq”.
İki ölkə arasında imzalanmış çox mühüm sənəd - Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun əhəmiyyətinə toxunan səfir vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində dostluq və qardaşlıq münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir.
BƏƏ-nin iri şirkətləri olan "Masdar" ve ADNOC tərəfindən Azərbaycanda mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdıran səfir əlavə edib: “COP29 vasitəsilə qlobal problemi - iqlim dəyişikliyini həll etmək üçün birlikdə səylər göstərməkdən qürur duyuruq. BƏƏ bütün təcrübəsi ilə Azərbaycanı dəstəkləyir. Azərbaycanı bu mühüm beynəlxalq tədbirə ev sahibliyi münasibətilə təbrik edirik”.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin xalqlarımızın qarşılıqlı hörmətə əsaslanan dərin və davamlı tərəfdaşlığına söykəndiyini söyləyib.
O bildirib ki, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələrini dərinləşdirməyə sadiqdir. Nazir müavininin sözlərinə görə, BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana səfəri ikitərəfli münasibətlərimizə böyük təsir göstərib.
“Azərbaycan və BƏƏ arasında əməkdaşlığın ən perspektivli sahələrindən biri də alternativ enerji sahəsidir. Azərbaycan öz enerji kompleksini şaxələndirmək və karbon emissiyalarını azaltmaq öhdəliyinə sadiqdir. Resurslarımızı birləşdirmək, təcrübə mübadiləsi aparmaq və innovativ texnologiyalara sərmayə qoymaqla biz təkcə öz ölkələrimiz üçün deyil, həm də bütün dünya üçün daha davamlı gələcəyə töhfə vermiş olacağıq”, - deyə E.Məmmədov vurğulayıb.
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında genişmiqyaslı yenidənqurma işlərinə başladığını xatırladan nazir müavini deyib: “Azərbaycanın bu çox milyardlıq sərmayəsi keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz torpaqlarına qayıtması üçün lazımi şərait yaratmaq məqsədi daşıyır. Beynəlxalq ictimaiyyətin səsi Azərbaycanın reabilitasiya və yenidənqurma səylərinə, xüsusilə humanitar minatəmizləmə təşəbbüslərinə daha çox dəstəyin səfərbər edilməsində mühüm rol oynaya bilər. Bu baxımdan, BƏƏ-nin belə çətin dövrdə Azərbaycana göstərdiyi əvəzsiz mühüm yardımı yüksək qiymətləndiririk. Bu dəstək təkcə minaların təmizlənməsindən ibarət deyil, ümidləri bərpa etmək və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına şərait yaratmaqdır”.
Sonda Azərbaycan və BƏƏ əlaqələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib