Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.
YeniAvropa xəbər verir ki, S12 kateqoriyasında yer alan paraüzgüçü Raman Saley 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında qüvvəsini sınayacaq.
P4 kateqoriyasında çıxış edən paraatıcılar Aybəniz Babayeva və Kamran Zeynalov 10 metr məsafəyə atəşaçmada məharətini nümayiş etdirəcəklər.
Parapauerliftinqçi Ceyhun Mahmudov (54 kiloqram) və F36 kateqoriyasında yarışan paraatlet Rüfət Rəfiyev nüvəitələmədə gücünü yoxlayacaq.
Parakamandan oxatma yarışında isə Cahan Musayev bacarığını göstərəcək. O, 1/16 finalda iranlı Məhəmmədrza Əmiri ilə qarşılaşacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.