Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilir.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 3-dən 6-dək Seyfəli poliqonunda həyata keçiriləcək.