logo

Bu il “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 10 % azalıb

11:55 03-09-2024 | icon 1386
Bu il “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 10 % azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yanvar-avqust ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 9,6 faiz azalıb.

YeniAvropa Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından bu ilin əvvəlindən sentyabrın 1-i tarixinə 4 milyard 271,6 milyon dollar gəlir əldə olunub.

Ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 728 milyon dollar gəlir əldə edilmişdi.