Sentyabrın 2-də “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı dərin dəniz özülündə yanğın qeydə alınıb.
YeniAvropa “Azneft” İB-yə istinadla xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.
Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.