logo

“Qələbə dairəsi”nə gedən əsas yol təmirə bağlanır

13:53 27-08-2024 | icon 1624
“Qələbə dairəsi”nə gedən əsas yol təmirə bağlanır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə müraciət edib.

AAYDA-dan YeniAvropa-ya bildirilib ki, bu gündən etibarən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi” istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.