Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 77 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 72,o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.