logo

Siyəzəndə qardaş bacısını öldürüb

09:19 25-08-2024 | icon 910
Siyəzəndə qardaş bacısını öldürüb

Avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Siyəzən rayon Prokurorluğundan YeniAvropa-ya  bildirilib ki, qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb. Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.