logo

İstanbul hava limanı Avropanın ən işlək aeroportu seçilib

16:16 24-08-2024 | icon 3724
İstanbul hava limanı Avropanın ən işlək aeroportu seçilib

İstanbul hava limanı gündə orta hesabla 1510 uçuşla bu ay Avropa aeroportları arasında birinci sırada yer alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa Aviasiya Statistika Qurumunun avqust ayına olan hesabatında bildirilib.

Hesabata əsasən, İstanbul aeroportu Avropada ən çox uçuş həyata keçirən hava limanı seçilib.

Siyahıda ikinci sırada Amsterdamın “Schiphol” aeroportu (1428 reys), üçüncü yerdə isə Olimpiya Oyunlarının keçirildiyi Fransanın paytaxtı Parisdəki “Şarl de Qoll” hava limanı (1412 reys) qərarlaşıb.

Siyahıda yer alan Türkiyənin Antalya aeroportu isə gündəlik orta hesabla 1034 uçuşla yeddinci sıradadır.