Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Rusiya liderinin Azərbaycana səfərinin müzakirə edildiyi bildirilir.
“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya prezidenti ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə Ermənistanın baş nazirinə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib”, - məlumatda belə deyilir.
Nazirlər Kabinetindən onu da bildiriblər ki, Paşinyan gələcəkdə Putinlə ikitərəfli gündəlikdəki məsələləri müzakirə etmək üçün görüşməyə razılaşdığını deyib.