Avqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Sonra birgə foto çəkdirilib.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səslənib.
Özbəkistanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident Şavkat Mirziyoyevə təqdim edilib.
Dövlət başçıları birgə foto çəkdiriblər.