Bu gün xüsusi dövlət mühafizəsi əməkdaşlarının peşə bayramıdır
Azərbaycanda Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılmasından 31 il ötür.
YeniAvropa xəbər verir ki, 1993-cü il avqustun 23-də ümummilli lider Heydər Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Prezident İlham Əliyev tərəfindən 2020-ci il martın 16-da imzalanan “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, məhz Xüsusi mühafizə sisteminin şəxsi heyəti ölkəmizin ərazi bütövlüyünün, ictimai-siyasi sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror aktlarının və digər mümkün təxribatların qarşısının alınması kimi çox mühüm sahələrdə peşəkar fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edir. Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq.
Hazırda dünyada, eləcə də ölkəmizdə informasiya təhlükəsizliyi dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istifadəsini, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirir.
Buraya, həmçinin dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi, internet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqinin həyata keçirilməsi və digər vəzifələr daxildir. Dövlət xidmətinin əsas fəaliyyət istiqamətlərini informasiya təhlükəsizliyi, kibertəhdidlərin təhlili, eləcə də tədqiq edilən kiberinsidentlər, kibertəhlükələr barədə dövlət qurumlarını, cəmiyyəti və vətəndaşları məlumatlandırmaq, kiberhücumlar barədə xəbərdarlıqları çatdırmaq, maarifəndirmə işləri təşkil edir. Qurum, eyni zamanda, bu sahədə elmi-texniki innovasiyaların tətbiqini həyata keçirir.
Dövlət Xidməti tərəfindən dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş “AzStateNet” şəbəkəsi özündə dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərini cəmləyir. “AzStateNet” istifadəçilərə internet şəbəkəsinin informasiya məkanına daxilolma imkanı verir və öz serverlərində yalnız Azərbaycanın dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə aid olan rəsmi məlumatları yerləşdirir. Bu ilin ilk yarısında “AzStateNet” şəbəkəsi üzrə 507,840 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 647 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 163 min 313 zərərverici tərkibli elektron sənəd blok edilib.
Dövlət Xidməti ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm işlər görür. Kiberdiplomatiyanın yaranması beynəlxalq münasibətləri yenidən formalaşdırmaqla yanaşı, həm də yeni misilsiz imkanlar, təxirəsalınmaz tədbirlər görülməsinə dair çağırışlar təqdim edir. Kiberdiplomatiya kiberməkanın mürəkkəb və davamlı inkişaf edən kəşf edilməmiş hissəsində məqsədlərə nail olmaq üçün diplomatik vasitələrdən və təşəbbüslərdən istifadəni nəzərdə tutur. Yeni nəsil texnologiyaların tətbiqi və onların özü ilə gətirdiyi təhlükələrin artan tendensiyalarının timsalında aydın olur ki, kiberdiplomatiya təkcə bir seçim deyil, həm də beynəlxalq sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün zəruri alətdir. Azərbaycanın bu sahədə öncül mövqeyi nəzərə alınaraq kiberdiplomatiya üzrə beynəlxalq konfransın regionda ilk dəfə olaraq 2024-cü il sentyabrın 25-də ölkəmizdə keçirilməsi qərara alınıb.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və ya qısaca SOMDA - Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi şəxslərin, strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi və qorunması sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. SOMDA əsas ixrac neft və qaz boru kəmərlərinin Azərbaycan ərazisindən keçən hissəsinin təhlükəsizliyini uğurla təşkil və təmin edir. Hazırda Agentlik tərəfindən mühafizəsi həyata keçirilən ixrac boru kəmərləri ilə Azərbaycan nefti və qazı dünya bazarlarına təhlükəsiz nəql olunur. Boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planının icrası ciddi nəzarətdə saxlanılır.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib