Cari ilin iyul ayında bankların kredit portfeli 1 faiz və ya 265,2 milyon manat artaraq 25,694.7 milyon manat olub.
YeniAvropa Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu: biznes kreditləri – 54,2 faiz (13,910.1 milyon manat); istehlak kreditləri – 30,2 faiz (7,765.1 milyon manat) və ipoteka kreditləri – 15,6 faiz (4,019.5 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,5 faiz bəndi azalaraq 1,7 faiz təşkil edib.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80,2 faizi və ya 34,381,3 milyon manat. Depozit portfelinin 60,3 faizi (20,720.3 milyon manat) hüquqi şəxslərin, 39,7 faizi (13,661 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.