logo

Həmyerlimiz Daşkənddə bələdiyyə sədri seçilib

11:44 22-08-2024 | icon 882
Həmyerlimiz Daşkənddə bələdiyyə sədri seçilib

Özbəkistanın Daşkənd şəhərinin Mirzə Uluqbəy qəsəbəsində bələdiyyə sədri seçkiləri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmyerlimiz Qalib Müslümovun da iştirak etdiyi seçkiyə 110 millət vəkilinin nümayəndələri qatılıblar. Nəticələrə əsasən, seçicilərin etimadını qazanan həmyerlimiz bələdiyyə sədri seçilib.

Qeyd edək ki, Q.Müslümov Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi diaspor təşkilatının Daşkənd vilayəti üzrə İdarə Heyətinin sədridir. O, 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Məlumat üçün bildirək ki, Mirzə Uluqbəy qəsəbəsi şəhərin infrastruktur mövcudluğu baxımından ən zəngin, iqtisadi cəhətdən qabaqcıl yaşayış məntəqələrindən biri sayılır.