Azərbaycanın gənc avarçəkənləri Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcəklər.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, kanoe yarışlarında Paşa Əsgərov mükafatçılar sırasına düşməyə çalışacaq. Kayak növündə isə Ceyhun Vəlixanov mübarizə aparacaq.
Dünya çempionatı avqustun 23-dən 25-dək təşkil olunacaq.