logo

Xəzər dənizində zəlzələ olub

15:55 21-08-2024 | icon 847
Xəzər dənizində zəlzələ olub

Avqustun 21-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan YeniAvropa-ya verilən məlumata görə, yerli vaxtla saat 14:45-də qeydə alınan yeraltı təkanların maqnitudası 3-ə bərabər olub.

Zəlzələnin ocağı 66 kilometr dərinlikdə yerləşib.