Laçın rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq, digər qurumlarla birgə tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, tədbir zamanı Güləbird kəndinin ərazisində Həkəri çayının sağ sahilində yabanı halda bitən çəkisi 1 tondan artıq 7035 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.